Böyrək Daşı Xəstəliyi
Böyrək daşı – sidik yollarında mineral və duzların yığılması nəticəsində əmələ gələn sərt kütlələrdir. Bu vəziyyət sidik axınının pozulmasına, güclü ağrılara və digər fəsadlara səbəb ola bilər.
Əsas simptomlar
Böyrək daşı xəstəliyinin ən çox rast gəlinən əlamətləri bunlardır:
- Bel nahiyəsində sancı şəklində ağrı, ağrı çox vaxt qasıq nahiyəsinə və cinsiyyət orqanlarına irradiyasiya edir.
- Hematuriya – sidikdə qan qarışığının görünməsi
- Dizuriya – sidik ifrazının pozulması, yanma və ya çətinləşmə.
- Sidiyin tez-tez gəlməsi, kəskin sancı dalğaları.
- Bəzən ürəkbulanma, qusma və ümumi halsızlıq.
Nə üçün həkimə müraciət etməli?
Böyrək daşı müalicə edilmədikdə sidik axınının tam tutulmasına, böyrək funksiyasının zəifləməsinə və infeksiyaların inkişafına səbəb ola bilər. Ona görə də, bu simptomlardan hər hansı biri müşahidə olunarsa, uroloqa müraciət etmək vacibdir.